Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Unudulmayan tarix” başlığı altında dəyirmi masa  keçirilib

31.03.2022

  30.03.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Oxu Zalında 31 mart Dünya Azərbaycanlılarının Soyqırmı günü ilə əlaqədar olaraq “Unudulmayan tarix” başlığı altında dəyirmi masa  keçirildi. Tədbirdə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə Oxu Zal müdiri Mehriban Həbibullayeva açaraq, 31 mart Dünya Azərbaycanlılarının Soyqırmı günü haqqında məlumat verdi. Tədbirdə Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin direktoru Ədalət Əliyev, Kəlbəcər rayon 9 saylı tam orta məktəbin müəllimi Gülnar Həbibullayeva və   Kəlbəcər rayon 55 saylı tam orta məktəbin tarix müəllimi Elçin Cabbarov çıxış edərək, 1918-cilin mart –aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak - bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində,  Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla törədilən kütləvi qırğılarında Bakı Sovetinin 6000 və Daşnaksütyun partiyasının 4000 silahlı əsgəri iştirak etməsindən danışdılar.

 

61.8 KB